Fransanın qırmızı bülletenlə axtarışa verdiyi terrorçu Türkiyədə saxlandı

16 Oktyabr 2020 16:30

Fransa tərəfindən qırmızı bülletenlə axtarılan İŞİD terrorçusu Sumaya Raissi Türkiyənin Adana şəhərində yaxalanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Adana polisinə Tunis əsilli terrorçunun şəhərdə olması barədə kəşfiyyat məlumatı daxil olub. Hüquq-mühafizə orqanları əməliyyat keçirərək şəhərdə Suriya pasportu ilə gəzən terrorçunu saxlayıblar.

Milli.Az