Ermənistan Ordubadı raketlə vurdu - FOTO

16 Oktyabr 2020 13:43

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb.

Bu barədə Milli.Az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.

Milli.Az