"Qarabağ"la oyunu buraxacaqları dəqiqləşdi

16 Oktyabr 2020 15:36

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Vilyarreal"ın zədəli futbolçularının durumuna aydınlıq gəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, müdafiəçi Pervis Estupinyan və hücumçu Jerar Moreno tibbi müayinədən keçib. Onların hər ikisinin azı 3 həftə meydana çıxa bilməyəcəyi məlum olub. Bu isə o deməkdir ki, sözügedən futbolçular "Qarabağ"la oyunu buraxacaqlar.

Qeyd edək ki, "Vilyarreal"da yarımmüdafiəçi Frensis Kokelin da zədədən əziyyət çəkir. Müdafiəçi Sofian Çakla isə koronavirusa yoluxub. 

"Qarabağ" "Vilyarreal"la oktyabrın 29-da Bakıda qarşılaşacaq.

Milli.Az