Bu dəfə övladları obyektiv qarşısına keçdi - VİDEO

16 Oktyabr 2020 15:06

Son günlər insanların işğalçı Ermənistanın törətdiyi vəhşilikləri dünyaya çatdırmaq üçün müxtəlif aksiyalar keçirir, video çarxlar hazırlayırlar. Bunlar arasında incəsənət aləminin tanınmış simaları da yer alır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu dəfə müğənnilər və aparıcılar yox, onların övladları kamera qarşısına keçiblər. Onlar əllərində erməni terrorunu dünyaya çatdırmaqla bağlı yazıların yer aldığı plakatlar tutublar.

Onlar arasında müğənni Elvin Abdullayevin oğulları Səid və Tuncay, Emil Bədəlovun qızı Səadət, Samir Piriyevin övladları Fərəh və Nicat, aparıcı Könül Muxtarovanın qızı İnci, Lalə Əlimuxtarovanın qızı Melisa, Turan və Nərmin İbrahimovanın oğlu Ömər və başqaları yer alıblar.

Sözügedən görüntüləri təqdim edirik:

Milli.Az