İş üçün şəhəri tərk edən evli kişi sevgilisi ilə EVLƏNDİ

16 Oktyabr 2020 21:45

Afrika ölkəsi Zambiyada evli kişi özünə yenidən toy edib.

Milli.Az xəbər verir ki, Abraham Muyunda adlı kişi səhər evdən çıxarkən həyat yoldaşına bir neçə günlük səfərə çıxacağını bildirib. Daha sonra o, onu gəlinlik libasında gözləyən sevgilisi ilə nikah bağlamaq üçün kilsəyə yollanıb. Nikah bağlanan zaman Abrahamın həyat yoldaşı hadisə yerinə gələrək, bəylə evli olduqlarını və rəsmi boşanmadıqlarını bildirib.

Həyat yoldaşını aldadan kişi haqqında cinayət işi açılıb və onu 7 il müddətində həbs cəzası gözləyir. (ölkə.az)

Milli.Az