Bu günə qədər 546 şagird, 186 müəllim koronavirusa yoluxub

16 Oktyabr 2020 11:56

Oktyabrın 15-ə olan məlumata görə, məktəblərdə koronavirusa yoluxan şagirdlərin sayı 546 nəfər, 186 müəllim olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

Tədris kurslarının fəaliyyətinə toxunan nazirin sözlərinə görə, hər kəsin qaydalara əməl etməsi lazımdır: "Hazırda bir çox tətbiqlər işləyir, onların üzərindən də onlayn təhsil vermək mümkündür".

Milli.Az