"Koronavirusun artmasının səbəbi məktəblərin açılması ilə bağlı deyil" - TƏBİB

16 Oktyabr 2020 11:55

Koronavirus xəstəliyinin artmasının səbəbi məktəblərin açılması ilə bağlı deyil.

Milli.Az bildirir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Trend-in müxbirinin sualına cavab olaraq deyib.

Y.Qarayeva bildirib ki, cəmiyyətdə koronavirusla bağlı rahatlıq yaranmışdı:

"Sentyabr ayının sonundan biz hamımız koronavirusla bağlı bir az arxayınlaşmışdıq. Ona görə də koronavirusun artmasını məktəblərin açılması ilə əlaqələndirmək olmaz".

Milli.Az