Rusiyada koronavirusa gündəlik yoluxma sayı 15 mini ötüb

16 Oktyabr 2020 14:39

Rusiyada son sutka ərzində daha 15 150 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Milli.Az APA-ya istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 369 313 nəfərə çatıb.

Son sutka ərzində 232 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 23 723 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Milli.Az