Fransada COVID-19 sanitar böhranı: hökumət üzvlərinin evində və iş yerində axtarışlar

16 Oktyabr 2020 13:22

Fransada iyul ayında COVID-19 pnademiyasının idarə edilməsi ilə bağlı hökumət üzvlərinə qarşı təxminən 90 şikayət verilib və bunlardan yalnız 9-u qəbul edilib.

Dünən həmin şikayətlərlə bağlı təhqiqat çərçivəsində hökumətin bugünkü və keçmiş üzvlərindən bəzilərinin evində və iş kabinetində yoxlama aparılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Fransada COVID-19 epidemiyasının yaratdığı sanitar böhranının idarə edilməsində səhvlərə yol verilməsində şübhələrlə bağlı iyul ayından Ədliyyə Məhkəməsində istintaq açılıb.

Bu gün həmin məhkəmənin apardığı təhqiqatlara uyğun olaraq, Fransanın Səhiyyə naziri Olivye Veran, Səhiyyə üzrə Baş İdarənin direktoru Jerom Salomon, eləcə də sabiq Baş nazir Eduard Filip, sabiq səhiyyə naziri Anyes Büzenin evində və iş kabinetində axtarışlar aparılıb.

Axtarışların siyasi və səhiyyə hakim dairələr tərəfindən COVID-19 epidemiyasının idarə edilməsi çərçivəsində aparıldığı bildirilib.

Milli.Az