"Heç zaman əsgərlərimizi tək qoymayacağıq" - TƏBİB

16 Oktyabr 2020 11:38

Bizim cəbhənin qaynar nöqtələrində əsgərlərimizə yardım edən həkimlərimiz var. Təəssüf ki, biz bir neçə həkimimizi də itirmişik. Ancaq heç zaman əsgərlərimizi tək qoymayacağıq, daim onların yanında olacağıq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

Y.Qarayeva bildirib ki, bu məsələdə cəmiyyət öz dəstəyini göstərməlidir: "İctimai qınaq olmalıdır, özümüzü xəstəlikdən qorumalıyıq ki, ordumuza da dəstək olaq".

Milli.Az