Rus Borisi kəndində yenidənqurma işlərinə start verildi - FOTO

16 Oktyabr 2020 12:21

"Azərişıq" ASC Goranboy EŞ-nin xidməti ərazisində yerləşən Rus Borisi kəndində yenidənqurma işlərinə start verib. Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Qurumdan Milli.Az-a verilən məlumata görə, ilk dəfə 1949- cu ildə elektrik enerjisi ilə təchiz edilən Rus Borisi kəndinin hazırda 202 abonenti var.

Yenidənqurma işləri görülməsi üçün əraziyə metal dayaqlar, kabellər, anker sıxaclar və s. mal- materal göndərilib.

Rus Borisi kəndi 2004 -cü ildə quraşdırılan 35/10 kV-lıq Gülüstan y/st - dan qidalanır.

Milli.Az