Kişi bədəninin tüklənməsi barədə maraqlı faktlar

17 Oktyabr 2020 08:00

Kişilərin bədəni hormonal sistemlərinin inkişafı ilə əlaqədar olaraq tüklü olur. Yetinkilk dövrlərindən sonra onların bədənlərinin müəyyən hissəsində sıx tüklər meydana gəlməyə başlayır. Bəzi moda jurnallarının səhifələrində bədəninin tüksüz olması ilə öyünən oğlanlardan fərqli olaraq bəzi oğlanlar bədənlərində olan tüklənmə ilə fəxr edirlər. Kişilərin tüklənməsi barədə hər şeyi bilirsinizmi?
* Ana bətnində tüklənmə
Kişilərin bədənlərinin tüklənmə prosesi hələ ana bətnində olduğu zaman formalaşmağa başlayır. Tüklənmə oğlanların bütün bədən örtüyünü tutur, doğuşdan qısa bir müddət sonra bu tüklər tökülür. Ana bətnində əmələ gələn tüklər nazik və ətraf mühitə davamsız olduğuna görə qısa müddət ərzində tökülməyə məruz qalır.
* Tüklərin növləri
Zərif tüklər - bu cür tüklər zəif, dəriyə çox yaxın, rəngsiz və yumuşaq olur. Bu cür tüklər piy vəzilərinə və dərialtı toxumaya möhkəm yapışmış olmur.
Sərt tüklər - bu cür tüklər yetkinlik yaşlarında meydana gəlir və sərtliyi və dərialtı toxumaya möhkəm bağlılğı ilə zərif tüklərdən fərqlənir. Sərt tüklər piy toxumaları ilə bağlı olur və bədənin özünəməxsus iyinin olmasına səbəb olur.
* Qadınların kişi tüklərinə münsibəti
Qərb ölkələrində qadınlar kişilərin bədəninin az tüklü və sığallı olmasını daha məqbul sayırlar. Amma kişilərin sinələrində sığallı və bir-birinə qarşı meyilli tüklərin olması qadınlarda xoş təsir oyadır. Kişilərin kürək nahiyələrində olan tüklənməni isə qadınlar heç xoşlamırlar.
* Hər tükün öz qoruyucusu var
Yeniyetmə dövründə yumşaq tüklər tökülür və yerinə cod kişi cinsinə məxsus tüklər bitir. Bu tüklər piy vəziləri və piylər tərəfindən qorunur. Bu həm də dərinin və tük follikullarının bakteriyalardan qorunmsına səbəb olur. Çünki  bakteriyalar nə qədər çox olarsa, bədənin iyi də bir o qədər çox olar.
* Tüklərlə piylər bir-birini əvəz edir
Bədənin tük çıxa bilən hissələrində piy toxumasının çox olması tüklərin sayının azalmasına səbəb olur.
* Tüklər orqanizmdə 2 əsas rol oynayır
Tüklərin də orqanizmdə özünəməxsus rolu vardır. Belə ki, soyuq havada tük örtüyü bədənin isti qalmasına, yayın istisində isə tərlədikdə bədənin sərin qalmasına səbəb olur.
* Bədəndə olan tüklərin intellektlə əlaqəsi
Amerika psixoloqu doktor Aykarakudi Alias 1996-cı ildə müxtəlif araşdırmalar apardıqdan sonra belə qənaətə gəlmişdir ki, insanın bədənində nə qədər tük çox olursa, onun intellekti bir o qədər artıq olur.
* Tüklərin isti ilə əlaqəsi
Mütəxəssislər yay aylarında tüklərin daha tez uzandığını söyləyirlər. Bundan başqa tüklərin uzanmasının androgenlərlə əlaqəsi olduğu da söylənilir. Bundan başqa mütəxəssislər tüklü kişi bədəninin qadınlar tərəfindən daha cazibədar göründüyünü qeyd edirlər.

Milli.Az