Ermənistanda 1 465 yeni yoluxma, 10 nəfər ölüb

16 Oktyabr 2020 12:09

Ermənistanda koronavirusa yoluxanların sayı 61 460 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən məlumatına görə, son sutka ərzində 1 465 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 10 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 056 nəfər koronavirusdan ölüb, 13 519 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Milli.Az