Qırğızıstanda prezident və parlament seçkilərinin vaxtı açıqlandı

16 Oktyabr 2020 12:27

Qırğızıstanda yeni prezident və parlament seçkilərinin vaxtı açıqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, prezident seçkiləri 2021-ci il yanvarın 17-ə təyin olunub. Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası qərar verib.

Parlament seçkiləri isə bu il dekabrın 20-ə təyin olunub.

Qeyd edək ki, ötən gün ölkə prezidenti Sooronbay Jeenbekov istefa vermişdi. Növbəti seçkilərədək prezident vəzifələrini yeni baş nazir Sadır Japarov icra edəcək.

Milli.Az