Çində koronavirusla bağlı son vəziyyət

16 Oktyabr 2020 09:18

Çində son sutka ərzində daha 24 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "worldometers.info"da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 85 646-ya çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür.

Ümumilikdə 80 759 xəstə sağalıb. Ölkədə 253 aktiv koronavirus xəstəsi var ki, onlardan da 4-nün vəziyyəti ağır qiymətləndirilir.

Milli.Az