İsrail 18 oktyabrdan sərt karantini yumşaldacaq

16 Oktyabr 2020 09:07

İsrail hökumətinin koronavirusun yayılmasının qarşısını almaq üzrə komissiyası 18 sentyabr tarixindən tətbiq olunan və 25 sentyabrdan sərtləşdirilən karantinin yumşaldılmasının ilk mərhələsinə başlamağa qərar verdi.

Trend TASS-a istinadən xəbər verir ki, yeni infeksiyaların sayına dair məlumatların artması yenidən davam edərsə, qərarın yenidən nəzərdən keçiriləcəyi bildirilir.

Qərara uyğun olaraq karantindən çıxış planının birinci mərhələsində ziyarətçi qəbul etməyən müəssisələrin, çatdırılma üzərə işləyən yeyinti məntəqələrinin, Səhiyyə Nazirliyinin təsdiqlədiyi plana əsasən 6 yaşınadək uşaqlar üçün körpələr evi və uşaq bağçalarının, təbiət qoruqlarının, milli parkların açılması daxildir. Evdən çıxma və ziyarətdə olma qadağası açıq məkanda 20, bağlı məkanda 10 nəfərdən çox toplanmamaq şərti ilə qaldırılır. Bütün digər məhdudiyyətlər qüvvədə qalmaqda davam edir.

Oktyabrın 18-dən etibarən hakimiyyət mərhələli yumşaldılma ilə ölkə iqtisadiyyatının bəzi sahələrinin fəaliyyətlərinin bərpasına və işsizlik səviyyəsinin azaldılmasına nail olmaq niyyətindədir.

Milli.Az