Qırğızıstanda Prezidentin səlahiyyətləri Baş nazirə verildi

16 Oktyabr 2020 08:56

Qırğızıstanın Baş naziri Sadır Japarov prezident vəzifələrini icra edənin səlahiyyətlərinin ona keçdiyini bəyan edib.

"Qafqazinfo" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə o, Köhnə meydanda tərəfdarları qarşısında çıxış edərkən bildirib.

"Prezident Soronbay Jeenbekov istefa ərizəsi yazdı. Joqorku Keneşin (Qırğızıstan parlamenti-red.) sədri Kanat İsayev Prezident vəzifəsini icra etməkdən imtina etdi və ərizə yazdı.

Prezidentin və Baş nazirin səlahiyyətləri mənə keçdi", - hökumət başçısı deyib.  

Daha əvvəl Qırğızıstan Prezidenti Soronbay Jeenbekov istefaya getmək qərarına gəlib.

Milli.Az