Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) İcraiyyə Komitəsi britaniyalı Mayk İranini təşkilatın rəhbəri vəzifəsinin icraçısı təyin edib.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə "IWF"in mətbuat xidməti məlumat verib.
İrani bu vəzifədə tailandlı İntarat Yodbanqtoyu əvəz edib.
"İWF" İcraiyyə Komitəsinə mənə müvəqqəti olaraq prezidentliyi həvalə etdiyinə görə minnətdaram", - İrani deyib.
Bildirilir ki, daha əvvəl federasiyanın yeni başçısı "IWF"in tibb komitəsinin və təşkilatın antidopinq komissiyasının sədri vəzifələrində çalışıb.
Milli.Az