Moskvada koronavirusdan ölənlərin sayı 5 796-a yüksəlib

16 Oktyabr 2020 07:28

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 54 nəfər ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Ümumilikdə Rusiyanın paytaxtında koronavirusa yoluxanların sayı son sutkada 3 942 olmaqla 347 946 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 5 796-a yüksəlib.

Milli.Az