Sumqayıt sakininə tüfənglə çoxsaylı xəsarətlər yetirilib

15 Oktyabr 2020 20:06

Oktyabrın 15-i saat 09 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində 1988-ci il təvəllüdlü Natiq Çələbiyevin odlu silahdan açılmış atəş nəticəsində çoxsaylı xəsarətlər alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Sumqayıt şəhər sakini Loğman Ağayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Yalçın Səlimovu öldürmək məqsədilə ov tüfəngindən atəş açıb, lakin sonuncunun qaçması səbəbindən həmin vaxt orada olan Natiq Çələbiyevin atəş nəticəsində çoxsaylı xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib.

Milli.Az