Renault Megane ailəsini krossover ilə genişləndirmək niyyətindədir

29 Noyabr 2020 21:01

Renault şirkətinin Megane ailəsi ilə bağlı gələcək planları barədə məlumat peyda olub. Reuters agentliyinin mənbələrinin bildirdiyinə görə, fransız istehsalçısı bu ailədən imtina etməyəcəkdir, əksinə onu "krossover versiyası" ilə genişləndirmək niyyətindədir. Agentliyin həmsöhbətləri Megane modelinin "C seqmentinin gələcək modelləri üçün dəstək" olacağını da söyləyiblər.

Renault Megane modelinin krossoverə çevrilməsi az xərclə başa gələ bilər. Megane modeli Nissan X-Trail, Renault Koleos və Kadjar modellərinin inşa edildiyi CMF-C/D arxitekturasına əsaslanır. Megane krossoverinin bu avtomobillərdən birinin üzü dəyişdirilmiş versiyasının olacağı da istisna edilmir.

Əgər avtomobil istehsalçısı Megane modelinin yolsuzluq versiyasını hazırlayırsa, bütün dəyişikliklər klirensin artırılmasından və kuzovun plastik müdafiəsindən ibarət ola bilər.

Milli.Az