Xocavəndli məcburi köçkünlər bayraq yürüşü keçirdi - FOTO

15 Oktyabr 2020 17:46

Xocavənd rayon sakinləri Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı yürüş keçirib.

Milli.Az bildirir ki, Trend-in cəbhə bölgəsindəki müxbirinin verdiyi məlumatına görə, bununla bağlı Xocavənd rayonunun Beyləqanda salınan Xocavənd qəsəbəsində bayraq yürüşü olub.

Yürüşdə iştirak edən xocavəndli məcburi köçkünlər Azərbaycan Ordusuna dəstək şüarları səsləndiriblər.

Milli.Az