Türkiyə Azərbaycan torpaqlarında ermənilərin törətdikləri cinayətlərə göz yuma bilməz - Ərdoğan

15 Oktyabr 2020 17:18

Türkiyə dost ölkələrdə, o cümlədən Liviya, Somali, Suriyadakı zorakılıqları diqqətdən kənarda qoya bilməz, Azərbaycan torpaqlarında ermənilərin törətdikləri cinayətlərə göz yuma bilməz.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O əlavə edib ki, azərbaycanlılar Türkiyənin qardaşıdır:

"Biz bu cinayətləri diqqətdən kənarda qoya bilmərik. Heç bir iş görmədən otura bilmərik. Bizim əcdadlarımızın andı üzərində qurulan tarixi məsuliyyətimiz var".

Milli.Az