Runi baş məşqçi təyin oluna bilər

15 Oktyabr 2020 18:09

İngiltərə millisinin sabiq üzvü Ueyn Runi "Derbi Kounti"nin baş məşqçisi ola bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb. Bildirilib ki, klub rəhbərliyi komandanın hazırkı baş məşqçi Filipp Kokunun işindən narazıdır. Niderlandlı mütəxəssisin gələn həftə istefaya göndərilə biləcəyi vurğulanıb. Nəşr yazıb ki, yanvar ayından "Derbi Kounti"nin oynayan məşqçisi olan Runinin klubun baş məşqçisi təyin olunması planlaşdırılır.

Qeyd edək ki, "Derbi Kounti" Çempionşipdə 3 xalla 24 komanda arasında 20-ci pillədə qərarlaşıb.

Milli.Az