Azərbaycan Ordusunun işğal altındakı ərazilərimizi azad etməsi tarixi nailiyyətimizdir - Eldar Əzizov

15 Oktyabr 2020 17:17

Azərbaycan Ordusunun işğal altındakı ərazilərimizi azad etməsi tarixi nailiyyətimizdir.

Milli.Az bildirir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O bildirib ki, Azərbaycan əraziləri tarixən hissə-hissə işğal edilib: "Yüz ildən də çox dövrü əhatə edən erməni-azərbaycanlı münaqişəsi heç vaxt torpaqların geri qaytarılması ilə nəticələnməyib. Ən yeni dövrümüzdə müstəqil Azərbaycanın 20% ərazisi işğal olunub. Və məhz bu gün, ilk dəfə olaraq Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz torpaqlarının əhəmiyyətli hissəsini geri qaytarıb və bu proses davam edir. Bu, bizi öz gözümüzdə ucaldan tarixi nailiyyətdir. Tarixdə şəxsiyyət faktoru bir daha öz təsdiqini tapır. Prezident ən qısa müddətdə nümunəvi ordu yaratdı, istedadlı siyasətçi, sərkərdə və yüksək diplomatik keyfiyyətlərini nümayiş etdirərək bu uğurlara imza atdı. Bununla da Azərbaycan dünyaya öz ləyaqətini bir daha göstərdi. Çox sağ olun, cənab Prezident!".

Milli.Az