Dibala "Çelsi"də?

15 Oktyabr 2020 17:39

"Yuventus"un futbolçusu Paulo Dibala karyerasını "Çelsi"də davam etdirə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, London klubu 26 yaşlı oyunçu ilə maraqlanır. Bildirilib ki, argentinalı yarımmüdafiəçinin özü də uzun müddətdir İngiltərədə oynamaq istəyir. Çünki o, Turin klubundakı mövqeyindən narazıdır. Qeyd olunub ki, bu transfer üçün 80 milyon avro ödənilə bilər.

Qeyd edək ki, Dibala ötən mövsüm 46 matçda 17 qol vurub, 8 qolun ötürməsini verib.

Milli.Az