Nazirlik nümayəndələri Gəncə terrorunda hər iki valideynini itirmiş uşaqlarla görüşüb - FOTO

15 Oktyabr 2020 18:30

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əməkdaşları işğalçı Ermənistan tərəfindən Gəncə şəhərinə raket hücumu nəticəsində hər iki valideynini itirmiş uşaqlarla görüşdülər.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, faciədən dərin sarsıntı keçirən 16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseynin sosial-psixoloji vəziyyətlərinin qiymətləndirilməsi aparılıb. Onların zəruri sosial-psixoloji xidmətlə təmin olunmaları üçün mütəxəssis ayrılacaq.

Hər iki valideynini və nənəsini itirən 2 yaşlı Nilayın, hazırda himayəsində yaşadığı ailənin də sosial ehtiyaclarına uyğun işlərin aparılması nəzərdə tutulur.

Azərbaycan dövləti bütün vətəndaşlarının, o cümlədən bu kateqoriyadan olan və xüsusi qayğıya ehtiyac duyan vətəndaşların daim yanındadır.

Milli.Az