Erməni təxribatı nəticəsində Tərtərdə qəbirstanlıqda ölən və yaralananların adları məlum oldu

15 Oktyabr 2020 14:46

Ermənistan silahlı qüvvələrinin qəbirstanlıqda dəfn mərasimini atəşə tutması nəticəsində ölən və xəsarət alanların adları məlum olub.

Milli.Az bildirir ki, Trend-in cəbhə bölgəsində olan müxbirinin verdiyi məlumata görə, hadisə nəticəsində Tərtər rayon sakinləri Məmmədov Füzuli Əli oğlu (1966),

Əmirov Nofəl Yelmar oğlu (1968), Əmirov İskəndər Yelmar oğlu (1967), Allahverdiyev Elsevər Vəli oğlu (1979), Qənzənfərli Rafael Qəzənfər oğlu (1986)ağır xəsarət alıb.
Rayon sakinləri Rüstəmov Vasif Bahadur oğlu (1962),

Orucov Pərviz Novruz oğlu (1989) və Zamanov Şakir Xasay oğlu (1988) hadisə yerində həlak olublar.

Milli.Az