Bütün Türkiyə ərazisində Azərbaycana dəstək aksiyası keçirilib - VİDEO - FOTO

15 Oktyabr 2020 15:06

Azərbaycana dəstək məqsədilə Türkiyə ərazisində avtoyürüş keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Qardaşlıq zamanı" adlı aksiya İstanbul başda olmaqla bir çox şəhərlərdə davam edib.

Çoxlu sayda avtomobil və motosikletin qatıldığı yürüşə sıravi vətəndaşlar da dəstək verib.

Yürüş boyunca "Qarabağ bizimdir, bizim qalacaq" şüarları səsləndirilib.

Bundan başqa, Ermənistandan Azərbaycan ərazilərinin işğalını dərhal dayandırması tələb olunub və Türkiyənin bu məsələdə hər zaman Azərbaycanın yanında olduğu vurğulanıb.

Yürüşü Türkiyənin İHH Humanitar Yardım Fondu təşkil edib.

Milli.Az