Ermənilər işğal olunmuş ərazilərdən qaçırlar - Separatçılar isə yolları bağlayırlar

15 Oktyabr 2020 14:12

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda yaradılmış qanunsuz rejim bölgədə sakinlərin və nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edib.

Trend bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.

Həmin qərara əsasən, səfərbərliyə cəlb edilən şəxslərin Qarabağ ərazisindən çıxması yalnız komendantın verdiyi buraxılış əsasında mümkün olacaq.

Milli.Az