“Sivasspor” “Qarabağ”la oyunun azarkeşlə keçirilməsi üçün TFF-yə müraciət edib

15 Oktyabr 2020 17:18

Türkiyə klubu "Sivasspor" Avropa Liqasının qrup mərhələsində keçiriləcək ev oyunlarına azarkeşləri cəlb etməyi planlaşdırır.

Milli.Az apasport.az-a istinadən bildirir ki, İ qrupunda "Vilyarreal" (İspaniya), "Qarabağ" (Azərbaycan) və "Makkabi" (Təl-Əviv, İsrail) ilə mübarizə aparacaq Super Liqa təmsilçisi adıçəkilən komandalarla ev matçlarını boş tribunalar önündə keçirmək fikrində deyil.

UEFA-nın qaydalarına əsasən, yerli dövlət orqanlarının icazəsi olarsa, tribunaların 30 faizinə azarkeş buraxmaq mümkündür. "Sivasspor" rəhbərliyi də bunu nəzərə alaraq Türkiyə Futbol Federasiyasına (TFF) rəsmi müraciət ünvanlayıb. Klub hazırda federasiyanın verəcəyi qərarı gözləyir.

Qeyd edək ki, "Sivasspor"un "Qarabağ"la Sivasdakı matçı noyabrın 5-də keçiriləcək.

Milli.Az