Ermənilərin Baharlıya atdığı mərmi yanğına səbəb oldu - FOTO

15 Oktyabr 2020 12:34

Ermənistan silahlı qüvvələri ağır artilleriyadan istifadə etməklə yaşayış məntəqələrimizi atəşə tutmağa davam edir.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, düşmən tərəfindən atılan mərmi Ağdamın Baharlı qəsəbəsində daha bir evin dağılmasına və tövlənin yanmasına səbəb olub.

Qeyd edək ki, bu gün ermənilər sözügedən qəsəbədə iki mülki vətəndaşımızı - 1969-cu il təvəllüdlü Vəliyev Şahsuvar Millət oğlu və 1979-cu il təvəllüdlü Musayev Loğman Yusif oğlunu yaralayıb.

Milli.Az