Ermənilər yenə Tərtərdə yaşayış binasına mərmi atdılar - FOTO - VİDEO

15 Oktyabr 2020 12:33

Ermənistan silahlı qüvvələri ağır artilleriyadan istifadə etməklə yaşayış məntəqələrimizi atəşə tutmağa davam edir.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, düşmən tərəfindən atılan mərmilərdən biri Tərtərdə beşmərtəbəli yaşayış binasına düşüb.

Binanın ikinci mərtəbəsində yerləşən mənzilin içinə düşən mərmi dağıntılara səbəb olub.

Hazırda düşmən təxribatı davam edir.

Milli.Az