Ermənistanın hücumları nəticəsində dəymiş ziyan açıqlandı

15 Oktyabr 2020 12:19

Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 43 mülki şəxs qətlə yetirilib, 218 nəfər isə yaralanıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Milli.Az-ə verilən məlumata görə, yararsız vəziyyətə düşmüş yaşayış evlərinin sayı isə 1 592, çoxmənzilli yaşayış binalarının sayı 79, mülki obyektlərin sayı isə 290-dır.

Milli.Az