Ermənistanda daxildə qarşıdurmalar güclənir - “Kimdir günahkar” sualına cavab axtarılır

15 Oktyabr 2020 12:32

Döyüşlərdə böyük itki verən Ermənistanda artıq daxildə qarşıdurmalar güclənir. Ölkədəki vəziyyət nəzarətdən çxmağa başlayıb, siyası partiyalar "kimdir günahkar" sualına cavab axtarırlar.

Bunu Ermənistan Cümhuriyyət Partiyasının mətbuat katibi Eduard Şarmazanovun son bir sıra açıqlamalarında görə bilərik.

Milli.Az Trend-ə istinadən bildirir ki, E.Şarmazanov bildirib ki, bu gün ölkələrində baş verən problemlərin başlıca günahkarı hazırkı hökümətdir.

O qeyd edib ki, hazırkı hakimiyyət Vyana və Sankt-Peterburq razılaşmalarını gözardı etdi: "Mövcud vəziyyət Nikolanın öz nöqteyi-nəzərindən başlamasına görə uzaqgörənliyinin nəticəsidir və mövcud hökumət yaranmış vəziyyətə görə bütün məsuliyyəti daşıyır".

"İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib ki, Ermənistanın savadsız və səriştəsiz rəhbərinin "Qarabağ Ermənistandır" deməsi və Azərbaycana qarşı absurd şərtlər irəli sürməsi onun ən böyük strateji səhvi oldu: "Cənab Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti, ordumuzun gücü, qüdrəti, zəfər yürüşləri sayəsində bu gün Ermənistan tamamilə məğlub duruma düşüb. Bir zamanlar "Qarabağ Ermənistandır və nöqtə" deyən, absurd şərtlər irəli sürən, Şuşada "Yallı" gedən, qondarma rejimə "andiçmə mərasimi" keçirən Paşinyanın bircə çıxış yolu var: Ağ bayraq qaldırsın, təslim olsun, işğalçı qoşunları Qarabağdan təcili çıxarsın. Əgər Paşinyan Azərbaycanın şərtləri ilə razılaşmasa, Ermənistan nəinki ordusunu itirəcək, hətta çıxılmaz sosial-iqtisadi, siyasi və hərbi böhranla üz-üzə qalaraq, tarix səhnəsindən silinəcək".

Milli.Az