Rusiyada son sutkada 13 754 nəfər COVID-19-a yoluxub

15 Oktyabr 2020 13:10

Rusiyada son sutka ərzində daha 13 754 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az APA-ya istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 354 163 nəfərə çatıb.

Son sutka ərzində 286 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 23 491 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Milli.Az