Rusiya və Aİ ilə Dağlıq Qarabağdan danışdı

15 Oktyabr 2020 15:00

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko və Avropa İttifaqının (Aİ) Xarici siyasət xidmətinin baş katib müavini Enrike Moras Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN bəyanat verib.

Görüş zamanı tərəflər oktyabrın 10-da Moskvada Azərbaycan və Ermənistan arasında əldə olunmuş humanitar atəşkəs rejiminə əməl olunmasının zəruriliyini vurğulayıb.

Milli.Az