AFFA rəsmisi “Yuventus”un oyununa təyinat aldı

15 Oktyabr 2020 14:05

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik beynəlxalq oyuna təyinat alıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, avstriyalı Çempionlar Liqasının oyununda hakim-inspektor olacaq.

O, G qrupunun "Dinamo" (Kiyev, Ukrayna) - "Yuventus" (İtaliya) matçına təyinat alıb. Oktyabrın 20-dəki qarşılaşma Kiyevdə baş tutacaq.

Milli.Az