Ermənistanda 1 371 yeni yoluxma, 7 nəfər ölüb

15 Oktyabr 2020 12:37

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 371 nəfər yoluxub.

Milli.Az APA-ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyədək koronavirusa yoluxanların ümumi sayı 59 995 nəfərə çatıb.

Son 24 saat ərzində 7 nəfər koronavirusdan ölüb. Bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 1 046 nəfərə çatıb.

Milli.Az