Əliyar Ağayevdən 7 sarı vərəqə

15 Oktyabr 2020 11:26

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasnın 4-cü tur oyununu idarə edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, Bolqarıstan - Uels matçının baş hakimi olub. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ə.Ağayev Bolqarıstandan 3, Uelsdən 4 futbolçu olmaqla ümumilikdə 7 sarı vərəqə göstərib.
 
Qeyd edək ki, Ə.Ağayevə bu qarşılaşmada  Zeynal Zeynalov və Akif Əmirəli köməklik edib. Dördüncü hakim funksiyasını isə Rəhim Həsənov yerinə yetirib.

Milli.Az