İƏT Qarabağ münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməyə çağırıb

15 Oktyabr 2020 11:20

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi oktyabrın 10-da əldə olunmuş atəşkəs rejiminin erməni qoşunları tərəfindən pozulmasından narahatlığını bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İƏT-ə istinadən məlıumat verir.

Bəyanatda qeyd olunub ki, İƏT Azərbaycanla həmrəyliyini ifadə edir:

"Biz İslam Əməkdaşlıq Təşkilatının qərarlarını və BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırladırıq və iki ölkə arasında münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət çərçivəsində siyasi yolla tənzimlənməsinə çağırırıq".

Milli.Az