Ölkəmizdəki əcnəbilərə müraciət edildi

15 Oktyabr 2020 10:58

Dövlət Miqrasiya Xidməti ölkəmizdə yaşayan, işləyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

Xidmətdən Milli.Az-a verilən məlumata görə, Azərbaycan mübarizəsini beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində və öz əzəli torpaqlarında aparır. Döyüş meydanında mövqelərini itirən Ermənistan ordusu çıxış yolunu yalnız mülki əhaliyə qarşı yönəlmiş cinayət törətməkdə görür:

"Sizin və mənşə ölkələrinizdə yaşayan ailə üzvləriniz, qohumlarınız, əzizlərinizin haqlı narahatlığını anlayışla qəbul edirik. Əmin ola bilərsiniz ki, Azərbaycanda təhlükəsizliyinizin təmin olunması və bundan sonra da ölkəmizdə sabitlik, sülh, əmin-amanlıq şəraitində yaşamanız üçün bütün tədbirlər davam etdiriləcəkdir.

Ölkəmizdə hərbi vəziyyət elan olduğu vaxtdan dəstək və həmrəylik məqsədilə Dövlət Miqrasiya Xidmətinə etdiyiniz müraciətləri yüksək qiymətləndirir, bu çətin və sınaq dolu günlərdə bizimlə olduğunuza, ölkəmizin haqq mübarizəsində yanımızda olduğunuzdan qürur duyuruq".

Milli.Az