Hikmət Hacıyev: "Ermənistanın mülki əhalini atəşə tutması nəticəsində daha 1 nəfər yaralanıb"

15 Oktyabr 2020 09:50

Ermənistan silahlı qüvvələri humanitar atəşkəsə açıq şəkildə əməl etməyərək Azərbaycanın Tərtər, Ağcabədi, Ağdam və digər rayonlarını atəşə tutublar. Nəticədə 1 dinc sakin yaralanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Tvitter" hesabında bildirib.

Milli.Az