Qırğızıstanda yeni Baş nazir təyin edildi

15 Oktyabr 2020 09:14

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Sadır Jarapovun ölkənin Baş naziri vəzifəsinə təyin olması barədə Fərman imzalayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dövlət başçısının Mətbuat xidmətindən məlumat verilib.

"Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov oktyabrın 14-də "Qırğız Respublikası Baş nazirinin və hökumət üzvlərinin təyin edilməsi haqqında" Fərman imzalayıb", - deyə mətbuat xidmətinin nümayəndəsi bildirib.

Daha əvvəl Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Baş nazir Kubatbek Boronovu istefaya göndərmişdi. 

Milli.Az