Çində koronavirusla bağlı son vəziyyət

15 Oktyabr 2020 08:39

Çində son sutka ərzində daha 11 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "worldometers.info"da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 85 622-yə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür.

Ümumilikdə 80 748 xəstə sağalıb. Ölkədə 240 aktiv koronavirus xəstəsi var ki, onlardan da 4-nün vəziyyəti ağır qiymətləndirilir.

Milli.Az