Bakıda yaşlı kişini motosiklet vurdu

15 Oktyabr 2020 08:33

Bakının Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.

Piyada keçidindən keçən 1962-ci il təvəllüdlü Hüseynov Əkbər Mirzəağa oğlunu yüksək sürətlə hərəkət edən motosiklet vurub.

Yaralı 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Milli.Az