Gəncədə minik maşını anidən alovlandı

15 Oktyabr 2020 08:22

Gəncədə minik maşını yanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Poçt qəsəbəsinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan "Passat Golf" markalı minik avtomobilində anidən yanğın baş verib. Hadisə yerinə FHN-in yanğından mühafizə bölməsi cəlb olunub. Avtomobil söndürülüb. Yanğın zamanı minik maşınının mühərriki və salonu tam yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. 

İlkin məlumata görə, yanğına səbəb avtomobilin elektrik naqillərində baş verən qısa qapanma olub.

Milli.Az