Ukrayna prezidenti Türkiyəyə səfər edəcək

15 Oktyabr 2020 07:58

Ukrayna prezidenti Vladimir Zelenski bu gün Türkiyəyə rəsmi səfər edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ukrayna hakimiyyətinin mətbuat xidmətindən bildiriblər.

Oktyabrın 15-dən 17-dək davam edəcək səfər çərçivəsində Ukrayna və Türkiyə hərbi əməkdaşlıq barədə razılaşma imzalayacaqlar.

Milli.Az