Moskvada koronavirusdan daha 57 nəfər ölüb

15 Oktyabr 2020 07:18

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 57 nəfər ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 57 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 5 796 nəfərə çatıb.

Milli.Az