"Facebook" və "İnstagram"ın işində problemlər yaranıb

15 Oktyabr 2020 07:23

Facebook və Instagram sosial şəbəkələrinin işində bir sıra ölkələrdə problemlər müşahidə olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə populyar İnternet resurslarının işini izləyən Downdetector xidmətinin saytında məlumat verilib.

Məlumata əsasən, "İnstaqram"ın işində texniki qüsurlar əsasən ABŞ, Böyük Britaniya, Niderland, Polşa, İspaniya və Avropanın digər ölkələrində, "Facebook"un işində texniki qüsurlar isə əsasən Latın Amerikası ölkələrində müşahidə edilib.

Milli.Az